Qadın voleybolçular arasında keçirilən Super Liqa yarışlarında yaranan fasilə başa çatıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində baş tutan 10-cu turda "Telekom" komandası "İqtisadçı" kollektivi ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "İqtisadçı"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Rabitə" isə "Bakı-Azəryol"la münasibətlərə aydınlıq gətirib. Oyunda 3:1 hesabı ilə "Rabitə" qələbə qazanıb.
"Lokomotiv-Biləcəri" - "Azərreyl" matçında isə "Azərreyl" üstün olub 0:3.
Azərbaycan Super Liqası
10-cu tur
Rabitə – Bakı-Azəryol - 3:1 (27:29, 25:13, 25:22, 26:24)
Telekom – İqtisadçı - 0:3 (15:25, 17:25, 19:25)
Lokomotiv-Biləcəri – Azərreyl - 0:3 (15:25, 11:25, 13:25)
Turnir cədvəli
İqtisadçı - 21 xal (8 matç, Set fərqi 22-5)
Rabitə - 21 (8, 22-8)
Azərreyl - 18 (6, 19-5)
Lokomotiv - 9 (7, 13-13)
Bakı-Azəryol - 9 (8, 12-16)
Telekom - 3 (8, 3-21)
Lokomotiv-Biləcəri - 0 (8, 1-24)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB