"Xəzər Lənkəran" bütün mövqelərə futbolçu transfer edəcək

"Xəzər Lənkəran" bütün mövqelərə futbolçu transfer edəcək

"Xəzər Lənkəran" klubu cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə "Türkiyənin Antalya şəhərinə yola düşəcək. Siasport.az saytının məlumatına görə, komandanın təlim-məşq toplanışı yanvarın 13-də başlayıb fevralın 5-də bitəcək. Qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu cənub təmsilçisinin düşərgəsində baxışdan keçəcək.

Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. Belə ki, "Xəzər Lənkəran" 19 yanvar tarixində Moldovanın "Rapid" klubu, 22 yanvar tarixində Ukraynanın "Krivbass" klubu, 30 yanvar tarixində isə Çexiyanın "Pribram" klubu ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan başqa, komandanın 26 yanvar və 2 fevral tarixlərində daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.

Xatırladaq ki, "Xəzər Lənkəran" bu müddət ərzində Antalyada məşhur "Ela Quality Resort Hotel"də qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə