Denis Silva "Neftçi" barədə nələr dedi?

Denis Silva "Neftçi" barədə nələr dedi?

"Neftçi" PFK ilə ardıcıl 2 dəfə çempionluq yaşayan Denis Silva yenidən flaqmanın heyətinə qayıdıb. Siasport.az saytının məlumatına görə, braziliyalı futbolçu bununla bağlı fikirlərini bildirib: "Neftçi" ailəsi mənim üçün çox doğmadır. Burada ardıcıl iki dəfə çempionluq sevinci yaşamışam. Müqavilə ilə məxsus olduğum komanda icazə vermədiyi üçün yarım mövsüm "Neftçi"dən ayrı qaldım. Artıq həmin klubla müqavilə müddətim başa çatıb və azad futbolçu kimi yenidən "Neftçi" ilə müqavilə imzaladım. İnanıram ki, bu mövsüm üçüncü çempionluğu da bayram edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə