Şneyderin xanımı: "Türkiyəni çox sevirəm"

Şneyderin xanımı: "Türkiyəni çox sevirəm"

Haqqında İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunacağı ilə bağlı məlumatlar yayılan hollandiyalı Vesli Şneyder deyəsən, İstanbula gəlməli olacaq. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçunun xanımı Yolante Kabau özünün şəxsi twitter səhifəsindən yayımladığı açıqlamasında bildirib ki, o İstanbulun gözəl bir şəhər olduğunu düşünür. Türkiyəni çox sevdiyini, əvvələr də İstanbulda olduğunu deyən xanım, həyat yoldaşının "Qalatasaray"a transfer olub-olmayacağı ilə bağlı dəqiq fikir söyləmək üçün hələ tez olduğunu da fikirlərinə əlavə edib. O bildirib ki, V.Şneyder hələ də "İnter"i çox sevir.

Bütün xəbərlər Facebook səhifəmizdə