Belçika təmsilçisi "Genk"lə qarşılaşmada İstanbulun "Fənərbaxça" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, "Genk"lə oyunun 36-cı dəqiqəsində rəqib futbolçunun sərt müdaxiləsindən sonra beyin nahiyəsindən ciddi zədə alan Mehmet Topal, meydanı xərəkdə tərk edib. Türkiyə mətbuatı yazır ki, keçmiş "Qalatasaray"lının yaşıl meydanlara dönməsi, klubunun həkimlərinin verəcəyi yekun rəydən asılı olacaq. Türkiyə mətbuatı M.Topalın sağlıq durumunun ciddi olduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB