“Rabitə” - “Kann” matçını kim idarə edəcək?

“Rabitə” - “Kann” matçını kim idarə edəcək?

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, yanvarın 16-da Bakının "Rabitə" və Fransanın "Kann" komandaları arasında keçiriləcək oyunu italiyalı Fabritsio Saltalippinin idarə edəcək. Ona almaniyalı Heyke Kraft kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə