"Qarabağ" klubu yığışır və gedir

"Qarabağ" klubu yığışır və gedir

"Qarabağ" klubu artıq 2013-cü ilə start verir. Siasport.az saytının məlumatına görə, dekbarın 20-sindən istirahətə buraxılan komanda sabahdan etibarən qış fasiləsini başa vurur. Ağdam təmsilçisi sabah toplaşaraq təlim-məşq toplanışı üçün birbaşa Türkiyəyə yollanacaq. Qardaş ölkədə, Antalya şəhərində məskunlaşacaq komanda Bakı - İstanbul - Antalya reysiylə hərəkət edəcək. "Qarabağ" 26 gün davam edəcək təlim-məşq toplanışı müddətində Bələk ərazisindəki "İC Santai" otelində məskunlaşacaq. Ağdam təmsilçisi fevralın 3-də eyni marşurutla vətənə qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə