Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanın Topaz Premyer Liqasının dünyanın ən yaxşı milli birinciliklərinin reytinq siyahısında 84-cü pillədə yer almasına münasibətini açıqlayıb. Siasport.az saytının məlumatına görə, o, bunları dilə gətirib: "Beş il əvvəl biz heç ilk yüzlüyə də düşmürdük. İndi isə Azərbaycan çempionatı dünyada 84-cüdür. Bu, təbii ki, bizi sevindirir. Əminəm ki, beş ildən sonra Premyer Liqamız minimum ən yaxşı 70 çempionat arasında yer alacaq. Yaxın illərdə inkişaf daha parlaq şəkildə hiss olunacaq. Çünki futbolumuz yüksəlişdədir. AFFA və PFL futbolun inkişafı üçün əlindən gələni edir".
Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB