Hazırda icarə əsasında "Liverpul"da forma geyən türkiyəli futbolçu Nuri Şahin, yenidən köhnə komandasına qayıtmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, artıq ingilis mətbuatı Madrid "Real"ının 24 yaşlı futbolçusunun Dortmund "Borussiya"sına dönəcəyi barədə yazılar dərc edir. "Daily Mail" qəzeti yazır ki, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp keçmiş futbolçusunun geri dönməsi üçün klub rəhbərliyini səfərbər edib. İngilis qəzetinin yazdığına inansaq, alman klubu "Liverpul"da istədiyi oyunu sərgiləyə bilməyən türkiyəli futbolçunu mövsümün sonuna qədər ivarəyə götürməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB