FAİREX-in üzvləri uçacaqlar

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə hava idman növü olan deltaplan üzrə növbəti təlimlər keçiriləcək. Siasport.az saytının məlumatına görə, təlimləri keçmək üçün Ukraynanın Xarkov Aviasiya İnstitutunun "İkar" klubunun rəhbəri Aleksey Tixovskinin dəvət olunması nəzərdə tutulur. Marağı olan federasiya üzvləri təlimlərdə iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə