"Oyuna çox zəif başladıq. Görünür, rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi". Siasport.az saytının məlumatına görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Çexiya yığmaları arasında keçirilən oyundan sonra millimizin baş məşqçisi Arif Əsədov deyib. Mütəxəssis futbolçumuza əsassız qırmızı vərəqə göstərildiyini vurğulayıb: "Birinci hissədə daha çox müdafiə olunaraq oyunumuzu əks-hücumlar üzərində qururduq. Fasilədən sonra daha cəsarətli oynayaraq təşəbbüsə yiyələndik. Əvəzetmələrin də sayəsində oyunumuzu gücləndirdik. Bugünkü qarşılaşmada hakimliyin səviyyəsinin çox aşağı olduğunu qeyd etməliyəm. Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi. Bununla belə, azlıqda qaldıqdan sonra oyunumuzun sürəti aşağı düşmədi, əzmkarlıqla mübarizə apardıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB