Bakı yığması birinci oldu

Gədəbəy rayonunda qızlar və oğlanlar arasında stolüstü tennis üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə Gəncə, Sumqayıt, Şəki, Quba, Siyəzən komandaları ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası da iştirak edib. Yarışın nəticəsinə görə Bakı şəhər yığma komandası I yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə