"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası istirahəti başa vurub. Siasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən futbolçular bu gündən etibarən məşqlərə başlayacaq. Baş məşqçisi Vaqif Paşayev komandanın hazırlıq mərhələsi ilə bağlı açıqlama verib: "Artıq iki gündür ki, futbolçular tibbi müayinədən keçir. Tam olaraq, işləri yekunlaşdıracağıq. Bu gündən etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fiziki hazırlığa start verəcəyik. Yanvarın 20-dən başlayaraq isə topla çalışmalara statr verəcəyik. Hazırlıq ərəfəsində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Komandada dəyişikliklər də olacaq. 3-4 futbolçu komandanı tərk edəcək, əlavə olaraq heyətə yeniləri cəlb olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB