Gənclərdən ibarət milli komandaların (U-18) Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi Valentin Qaranatkin turnirində çıxış edən Azərbaycan yığmasının heyətində yer alan "Bakı" yetirmələri geridə qalan 2 tur ərzində ümidləri doğruldurlar. Siasport.az saytının məlumatına görə, 18 yaşadək futbolçulardan komplektləşdirilmiş milli komandamız 2 oyundan 4 xal toplayaraq növbəti mərhələyə yüksəlmək iddiasındadır.
Litva və Çexiya milliləri ilə oyunlarda hər iki qarşılşmanı əvəzolunmadan keçirən Namiq Ələsgərov komandamızın uğurunda pay sahibidir. Litva ilə oyunda (3:2) üçüncü qolun müəllifi kimi adını tabloya yazdıran Namiq Çexiya ilə oyunu da (1:1) sonadək əvəzolunmadan başa vurub.
Bu arada qeyd etmək yerinə düşərdi ki, cəsarətli oyunu ilə diqqət mərkəzinə düşən və Azərbaycan U-19 milli komandasının baş məşqçisi Arif Əsədovun etimadına layiq görülən yarımmüdafiəçinin cəmi 17 yaşı var. İstedadlı gənc futbolçu yaşının azlığına baxmayaraq "Bakı"nın əsas heyətində də debüt etməyə imkan tapıb. Cari mövsüm 2 dəfə meydana çıxan Namiq hər iki qarşılaşmanı əvəzolunmadan keçirib.
"Bakı"nın U-19 milli komandamızın heyətində yer alan digər futbolçusu Polad Mirzəzadədir. Əvəzedici komandanın gənc qapıçısı Qranatkin turnirinin ilk iki turunda heyətdə yer almasa da, hər zaman mübarizəyə qoşularaq çərçivəni qorumaq iqtidarındadır.
Milli komandamız qrup mərhələsinin son turunda yanvar ayının 9-da Ukrayna millisi ilə qarşılaşacaq. İki turdan sonra aktivində 4 xal olan millimiz eyni xala bərabər Ukrayna ilə birinci - ikinci yerləri bölüşdürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB