"Qızıl top"un sahibi məlum oldu

"Qızıl top"un sahibi məlum oldu

Argentinalı futbolçu Lionel Messi ardıcıl dördüncü dəfə fəxri mükafata sahib çıxıb

FIFA "Qızıl topu"nun 2013-cü ildəki sahibi məlum olub. Məlumata görə, "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi ardıcıl dördüncü dəfə bu mükafata layiq görülüb.

L.Messi "Barselona"nın digər üzvü Andres İnyesta və "Real"ın futbolçusu Kriştiano Ronaldonu qabaqlayıb.

Lionel Messi "Qızıl top"a dördüncü dəfə sahib çıxmaqla rekorda imza atıb. Buna qədər fransalı futbolçu Mişel Platini üç dəfə fəxri mükafata layiq görülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə