Karvalio etiraf etdi

İspaniyanın "Real" futbol klubunun forvardı Rikardo Karvalio gələcək karyerası haqqında danışıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu artıq 34 yaşında "Real"da əsas heyətdə yer tapmağın çətin olduğunu etiraf edib. R.Karvalio oynadığı bütün klublarda heç vaxt ehtiyat skamyada oturmadığını qeyd edərək vurğulayıb ki, hazırkı durumu onu çox sıxır. Bununla yanaşı 34 yaşlı futbolçu qeyd edib ki, hazırda zədəli olmaması onu çox sevindirir. O bildirib ki, kral klubundan ayrılarsa, yenə də Avropada futbol oynamağı seçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə