İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, italyan klubunun prezidenti bildirib ki, onlar "Mançester Siti"nin Edinson Cavani üçün təklif etdyi 55 milyon avroluq transfer təklifini rədd ediblər. Klub prezidenti E.Cavanini dünyanın ən yaxşı 10 futbolçusundan biri adlandıraraq, belə bir oyunçuya sahib olduqlarına görə qürur duyduqlarını dilə gətirib. "Napoli" prezidenti, "Roma" ilə qarşılaşmada əsl qəhrəman kimi mübarizə aparan gənc futbolçunu izlədikdən sonra "Mançester Siti"nin transfer təklifini rədd etdiyi üçün səhv etmədiyini də sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB