Keçən həftə baş məşqçi Roberto Mançini ilə əlbayaxa döyüşə çıxaraq, ciddi gərginliyə səbəb olan "Mançester Siti"nin ulduz futbolçusu Mario Balotelliyə, komanda yoldaşı Karlos Tevez dəstək verib. Siasport.az saytı xəbər verir ki, argentinalı futbolçu M. Balotellinin çılğın hərəkətlərinin bir daha təkrarlanmaması üçün onunla ciddi iş apardığını bildirib. Bu cür hərəkətlərin onun üçün ciddi problemlər yarada biləcəyini deyən K.Tevez, gənc futbolçu ilə həm meydanda, həm də şəxsi münasibətlərində izahat işi apardığını, bu cür intizamsızlıqlardan uzaq durması üçün ona kömək edəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB