Gələn ay UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"la qarşılaşacaq Almaniyanın "Şalke" klubu ciddi itki ilə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Sadd" klubu ilə bazar günü oynanılan qarşılaşmada sağ dizindən zədə alan İbrahim Afallay uzun müddət yaşıl meydanlara qayıda bilməyəcək. Klubun həkimləri zədəsini yenicə sağaldaraq meydana dönən futbolçunun yeni zədəsinin daha ağır olduğunu və onun "Qalatasaray"la keçiriləcək qarşılaşmada meydana çıxmasının sual altında olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB