Yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində Dünya Otüstü Xokkey Liqası turnirinin ikinci mərhələsinin oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, qadın xokkeyçilərdən ibarət Azərbaycan milli komandası da yarışda mübarizə aparacaq. Hazırda Bakıda təlim-məşq toplanışında olan komandamız yanvarın 16-da CAR-a yollanacaq. Millimiz ilk oyununu yanvarın 21-də Qana yığmasına qarşı keçirəcək. Qızlarımız bir gün sonra Avstriya, yanvarın 24-də Litva, yanvarın 26-da CAR, ertəsi gün isə Belçika millisi ilə qarşılaşacaq.
Dairəvi sistem üzrə keçiriləcək yarışda ilk iki yeri tutacaq komanda Dünya Otüstü Xokkey Liqası turnirinin üçüncü mərhələsinə vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB