"Neftçi" PFK-nın baş həkimi Boris Xetaqurov İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş beynəlxalq seminarda iştirak edib. Siasport.az saytının məlumatına görə, Kontinental Xokkey Liqası və Rusiya futbol birliyi ilə birgə İtaliyanın "Villa Stuart" klinikası tərəfindən təşkil edilmiş seminarda İtaliyanın 12 məşhur alimi və həkimi çıxış edərək bu sahənin aktual problemlərindən danışıblar. Seminarın sonunda "Neftçi" PFK-nın baş həkimi Boris Xetaqurov beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, seminar təşkilatçılarından olan "Villa Stuart" klinikası FİFA-nın ən yaxşı tibb mərkəzləri siyahısına daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB