10 yanvar 2013-cü il tarixdə Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə təşkil olunacaq.
FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.
Yarışda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.
Turnir "Abu-Arena" İdman Kompleksində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB