"Simurq"un 2 futbolçusu millidə

"Simurq" klubunun futbolçuları Murad Səttarlı və Nicat Qurbanov yığmaya dəvət edilib. Siasport.az saytının məlumatına görə, gənc oyunçular 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının 2013-cü il yanvarın 23-dən fevral ayının 1-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə