Bir neçə gündən sonra "İnter" təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə yola düşəcək. Siasport.az saytının məlumatına görə, Gəncə şəhər stadionunda oyunöncəsi keçirilən məşq zamanı zədə almış Tales Şütsün toplanışda iştirak etməməsi istisna olunmur. Çünki braziliyalı futbolçu təkrar əməliyyat keçirəcək. Əlavə edək ki, T.Şüts Braziliyada əməliyyat olunacaq.
Zədə səbəbindən son 4 ay meydançalardan uzaq düşmüş "İnter"in digər futbolçusu Giorgi Adamiya isə təkrar tibbi müayinədən keçmək üçün bu günlərdə Almaniyaya gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB