"Rabitə"dən ayrıldı, "Proton"a keçdi

"Rabitə"dən ayrıldı, "Proton"a keçdi

Bakının qadınlardan ibarət "Rabitə" klubu daha bir voleybolçu ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, Bakı təmsilçisi belaruslu Yekaterina Zakrevskayanı heyətindən kənarlaşdırıb. "Rabitə" ehtiyatda qalan oyunçu ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Y.Zakrevskaya isə karyerasını Rusiyada davam etdirəcək. O, mövsümün sonunadək "Proton" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, voleybolçu "Rabitə"yə mövsümün əvvəlində "Tomis" (Rumıniya) klubundan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə