Azərbaycan klubu 4 yoldaşlıq oyunu keçirəcək

Azərbaycan klubu 4 yoldaşlıq oyunu keçirəcək

Premyer Liqanın XVIII turundan – "Turan"la matçdan sonra istirahətə buraxılan "Qəbələ" hazırlıqlara start verir. Siasport.az saytının məlumatına görə, təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq. Komanda sabah sözügedən şəhərə yollanacaq. Toplanışın birinci mərhələsi yanvarın 18-ə kimi davam edəcək. Hazırlıq müddətində komanda "Riverside" oteldə məskunlaşacaq. Yanvarın 20-də isə "Qəbələ" Antalyaya yola düşəcək. Hazırlıq prosesinin ikinci mərhələsinə fevralın 3-də yekun vurulacaq. Bu müddətdə "Qəbələ" qardaş ölkədə 4 yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 22, 25, 28-i və fevralın 1-i baş tutacaq. Komanda toplanış müddətində Antalyanın Belek bölgəsində yerləşən "Gloria Serenity" otelində məskunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə