14-28 yanvar tarixlərində Antalyada təlim-məşq toplantısı keçirəcək "Bakı" klubu 3 yoldaşlıq oyununda gücünü sınayacaq. Siasport.az saytının məlumatına görə, ilk yoxlama oyunu 19 yanvar tarixində baş tutacaq. Həmin gün komandanın rəqibi Almaniyanın "Dinamo" Drezden klubu olacaq.
Təlim-məşq toplantısı çərçivəsində sonuncu oyun yanvarın 27-ə planlaşdırlırıb. Hazırlıq prosesinin son günü "Bakı" Xorvatiyanın "Osiek" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Daha bir sparrinq rəqibin adı yaxın günlərdə məlum olacaq. Bu oyun yanvarın 22 və ya 23-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB