Azərbaycan çempionatı başlayır

Azərbaycan çempionatı başlayır

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatına start veriləcək. Siasport.az saytının məlumatına görə, Respublikanın müxtəlif şəhər və rayonlarının klub və cəmiyyətlərini təmsil edən idmançıların mübarizə aparacağı yarış yanvarın 11-dək davam edəcək. Azərbaycan çempionatında London Olimpiadasının mükafatçısı Teymur Məmmədov, Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev, Olimpiya oyunlarının iştirakçısı Vətən Hüseynli, Soltan Migitinov kimi boksçuların iştirak etməsi gözlənilir. Azərbaycan çempionatının rəsmi açılış mərasimi bu gün saat 15:00-da başlayacaq.

Azərbaycan çempionatının təqvimi

6 yanvar – 18:00 – Gəlmə günü, qeydiyyat, texniki iclas

7 yanvar – 08:00-09:00 – Tibbi müayinə və çəkilmə

10:00 – Püşkatma

15:00 – Açılış mərasimi və ilkin döyüşlər

8 yanvar - 08:00-09:00 – Tibbi müayinə və çəkilmə

15:00 – İlkin döyüşlər

9 yanvar - 08:00-09:00 – Tibbi müayinə və çəkilmə

15:00 – 14 final mərhələsinin döyüşləri

10 yanvar - 08:00-09:00 – Tibbi müayinə və çəkilmə

15:00 – Yarımfinal mərhələsinin döyüşləri

11 yanvar - 08:00-09:00 – Tibbi müayinə və çəkilmə

14:00 – Final döyüşləri

Bütün xəbərlər Facebook səhifəmizdə