Millimiz bu gün Çexiya yığması ilə qarşılaşacaq

Millimiz bu gün Çexiya yığması ilə qarşılaşacaq

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu bu gün keçirəcək. Siasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız Çexiya komandası ilə qarşılaşacaq. Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 14:15-də başlayacaq.

Xatırladaq ki, ilk oyunda Litva komandasını 3:2 hesabı ilə məğlub edən yığmamız qrup lideridir. Futbolçularımızın bugünkü rəqibi olan Çexiya komandası isə Ukrayna yığmasına qarşı keçirdiyi ilk oyununu heç-heçə başa vurub - 3:3.

Bütün xəbərlər Facebook səhifəmizdə