Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq. Siasport.az saytının məlumatına görə, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və hazırda yeni ilin ilk günlərindən Bakıda 2 həftəlik təlim-məşq toplanışında iştirak edirlər. Yığmamız yanvarın 16-da səfərə çıxacaq və yerli mühütə 5 günlük uyğunluq keçəndən sonra ayın 21-də start oyununu Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün milli komandamızın rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edən yarış iştirakçıları 1 gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar. Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər. IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da millimiz yarış sahibi - CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.
Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB