Azərbaycan hokkeyçiləri Qətərdə birinci oldular

Azərbaycan hokkeyçiləri Qətərdə birinci oldular

Qətərin paytaxtı Doha şəhərində kişi otüstü hokkeyçilər arasında keçirilən Dünya Hokkey Liqasında V turun oyunları başa çatıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığması Dohada II mərhələdə oynamaq hüququ verən yeganə vəsiqə uğrunda meydan sahibi Qətər, Oman, Türkiyə və Şri Lanka hokkeyçiləri ilə mübarizə aparıb. İlk görüşdə Qətəri 5:4, ardınca Türkiyə millisini 4:0 hesabı ilə məğlubiyyətə uğradan həmyerlilərimiz 3-cü turdakı istirahətdən sonra IV tur çərçivəsində Omana 3:1 hesabı ilə qalib gələrək liderlik mövqeyini daha da möhkəmləndiriblər. Komandamızın 1-ci yeri tutmasına son turda Şri Lanka təmsilçiləri ilə oyunda heç-heçə hesabı da kifayət idi. Lakin, hokkeyçilərimiz həmin matçı da qələbə ilə başa vuraraq (4:3), 100 faizli nəticə ilə Dünya Hokkey Liqasının II mərhələsində iştirak etmək hüququ verən yeganə vəsiqəyə sahib olublar.

Yarışın yekun cədvəlində vəziyyət aşağıdakı kimizidir:

Azərbaycan 4 4 0 0 + 8 12

Qətər 4 3 0 1 + 2 9

Şri Lanka 4 1 0 2 + 1 6

Oman 4 1 0 3 - 3 3

Türkiyə 4 1 0 3 -8 3

Bütün xəbərlər Facebook səhifəmizdə