2012-ci ilin ən yaxşı qapıçıları SİYAHI

2012-ci ilin ən yaxşı qapıçıları SİYAHI

2012-ci ilin ən yaxşı qapıçıları açıqlanıb. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) ilin ən yaxşı əlcək ustalarını müəyyənləşdirib. Birinci yerdə 224 xalla İspaniya millisinin və "Real Madrid"in qolkiperi İker Kasilyas, ikinci yerdə 128 xalla İtaliya yığmasının və "Yuventus"un şərəfini qoruyan Canluici Buffon, üçüncü yerdə isə 92 xalla "Çelsi"nin qapıçısı Peter Çex qərarlaşıb.

Digər yerlərin sahiblərini nəzərinizə çatdırırıq:

4. Manuel Noyer ("Bavariya", Almaniya)

5. Co Hart ("Mançester Siti, İngiltərə)

6. Viktor Valdez ("Barselona", İspaniya)

7. Kassio Romos ("Korintias", Braziliya)

8. Samir Handanoviç ("İnter", Sloveniya)

9. Hüqo Lloris ("Tottenhem", Fransa)

Bütün xəbərlər Facebook səhifəmizdə