"Neftçi"də şok qalmaqal

"Neftçi" klubunun aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi olan Hüseyn Məhəmmədovun klubdan ayrıldığı barədə xəbər vermişdik. Siasport.az saytının məlumatına görə, Stadium.az saytı məsələ ilə bağlı araşdırma aparıb və şok məlumatlar əldə edib. Saytın yayımladığı xəbəri olduğu kimi nəzərinizə çatdırırıq: "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi olan Hüseyn Məhəmmədov klubdan qovulub. Stadium.az xəbər verir ki, veteran qolkiper rəhbərlikdən gizlin klubun heyətində çıxış edən futbolçulardan hər ay pul yığırmış. H.Məhəmmədovun əməlinin üstü açılıb və bu səbəbdən də "Neftçi" rəhbərliyi dərhal Hüseynovu komandadan qovub".

Bütün xəbərlər Facebook səhifəmizdə