Arif İsayev “Dənizlispor”la müqavilə bağlayıb

Arif İsayev “Dənizlispor”la müqavilə bağlayıb

Daha bir futbolçumuz karyerasını ölkə xaricində davam etdirəcək. Siasport.az saytının məlumatına görə, Arif İsayev Türkiyə klubu ilə müqavilə bağlayıb. Belə ki, millimizin sabiq üzvü "Dənizlispor" klubuna keçib. O, artıq Rail Məlikovun komandası ilə müqavilə imzalayıb.

Məlumata görə, İsayevin keçidini "Turan"ın sabiq icraçı direktoru İman Həsənov həll edib. O, Rail Məlikovun da "Dənizlispor"a keçidində vasitəçi olub.

Qeyd edək ki, Arifin son iş yeri AZAL olub. O, əvvəllər "Xəzər" (Sumqayıt), "Göyçə", "Gənclərbirliyi", "İnter", "Simurq", "Muğan", "Standard" və "Qəbələ"nin formasını geyinib, millimizdə 4 oyun keçirib. //Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə