“Atletiko” 2014-cü ilədək üzərində “Land of Fire Azerbaijan” yazılmış formalarla oynayacaq

“Atletiko” 2014-cü ilədək üzərində “Land of Fire Azerbaijan” yazılmış formalarla oynayacaq

İspaniyanın "Atletiko" (Madrid) futbol klubu 2014-cü ilədək Azərbaycanı reklam edəcək. Siasport.az saytının məlumatına görə, Madrid klubu "Bakı" komandası ilə bu barədə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən "Atletiko" 2014-cü ilədək üzərində "Land of Fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) yazılmış formalarla çıxış edəcək. "Atletiko" eyni zamanda Çinin "Huawei" şirkəti ilə də əməkdaşlığını davam etdirəcək.
Yeni müqaviləyə bir bənd də daxil edilib ki, "Atletiko" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, həmin oyunlara da eyni forma ilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə