Arif İsayev rəsmən Türkiyə klubunda

Arif İsayev rəsmən Türkiyə klubunda

Qış fasiləsində AZAL-la yollarını ayıran Arif İsayevin yeni iş yeri məlum olub. Siasport.az saytının məlumatına görə, futbolçu bundan sonra karyerasını Türkiyə PTT I liqasında davam etdirəcək.

Yarımmüdafiəçi artıq yeni klubu ilə rəsmi müqavilə də imzalayıb. Ancaq müqavilənin müddəti və komandanın adı hələlik açıqlanmır. //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə