Mövsümün birinci hissəsini 3-cü yerdə başa vuran "İnter"in əvəzedici komandası bir neçə gündən sonra yenidən bir araya gələcək. Siasport.az saytının məlumatına görə, Tofiq Mustafayevin yetirmələri yanvarın 6-da "Şəfa" stadionunda yığışaraq, məşqlərə start verəcəklər. Ayın 12-də isə "İnter"in əvəzedici komandası doğma "Şəfa" stadionunda təlim-məşq toplanışına başlayacaq. Toplanış fevralın 3-nə kimi davam edəcək.
Hazırlıq çərçivəsində 5 yoxlama oyunun keçirilməsi planlaşdırılır. Komandanın "Rəvan" və AZAL klublarının əvəzedici heyətləri ilə qarşılaşacağı dəqiqləşsə də, digər rəqiblərin adları hələ məlum deyil. Böyük ehtimalla "İnter"in digər yoxlama görüşlərdəki rəqibləri Azərbaycanın birinci divizionun təmsilçiləri olacaq.
Qeyd edək ki, əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatında yaranmış fasilə fevralın 8-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB