Madridin "Real" futbol klubunun rəhbərliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqavilənin müddətinin uzadılmasını düşünür. Siasport.az saytının verdiyi xəbərə görə, "Real" bu məqsədlə Ronaldonun illik maaşını 15 milyon avroyadək artırmağa hazırdır.
Yeni müqavilənin müzakirələrində əsas məqamlardan biri portuqaliyalı ulduzun obrazının kommersiya məqsədləri üçün istifadə edilməsindən əldə edilən gəlirlərin bölüşdürülməsi olacaq.
Ronaldo adının və fotolarının istifadə edildiyi kommersiya sazişlərindən əldə edilən gəlirlərin 100 faizinə sahib olmaq istəyir.
Qeyd edək ki, hazırda Ronaldonun "Real"da illik məvacibi 12 milyon avrodur. Vergilər də daxil olmaqla, klubun futbolçuya verdiyi əməkhaqqı 15-18 milyon avro təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB