Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu qış fasiləsində heyətini gücləndirməkdə davam edir. Siasport.az saytının məlumatına görə, Çempionlar Liqasında debüt ilində pley-off mərhələsinə qrup qalibi kimi yüksələn "Lokomotiv" rusiyalı Yuliya Tsvetkovanı (Andruşka) heyətinə cəlb edib. Onunla mövsümün sonunadək razılıq əldə olunub.
Qeyd edək ki, voleybolçu "Proton" (Rusiya) komandasından transfer edilib.
Xatırladaq ki, "Lokomotiv" Çempionlar Liqasının pley-off mərhələsində Bakının "Azərreyl" komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB