Topaz Premyer Liqası: azarkeş sayı STATİSTİKA

Topaz Premyer Liqası: azarkeş sayı STATİSTİKA

Topaz Premyer Liqasının 18-ci turundan sonra yarışda qış fasiləsi yaranıb. Siasport.az saytının məlumatına görə, qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma - "Simurq" – "Rəvan" matçının nəticəsi ləğv olunub. Bir sözlə, mövsümün ilk bölümü 105 matçla tamamlanıb.

Bu müddətdə baş tutan 105 görüşdə 214.470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin olması anlamına gəlir.

Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.

Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan "Böyük oyun"da qeydə alınıb. 17-ci turun "Xəzər Lənkəran"la "Neftçi" (14.12.2012) arasında qarşılaşmanı 9500 nəfər izləyib.

Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. 9-cu turun "Qarabağ" – "Bakı" (20.10.2012) və 18-ci turun "Sumqayıt" – "Kəpəz" (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və "Bayıl Arena"da baş tutub.

Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə "Xəzər Lənkəran" ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən "Qarabağ" isə cədvəlin aşağı pillələrindədir.

Xəzər Lənkəran

8

43700

5463

Kəpəz (Gəncə)

8

30500

3813

Sumqayıt

10

32550

3255

Turan (Tovuz)

9

28400

3156

Simurq (Zaqatala)

8

18900

2363

Neftçi (Bakı)

10

15250

1525

AZAL (Bakı)

7

8900

1271

Qəbələ

9

10880

1209

Bakı

8

7880

985

İnter (Bakı)

10

7850

785

Rəvan (Bakı)

9

6010

668

Qarabağ (Ağdam)

9

3650

406


Komandaların səfər oyunlarına gəlincə isə "Qarabağ" ilk pillədə yer alıb. Bu komandanın rəqiblərinin azarkeşləri Ağdam təmsilçisinə marağı böyükdür.

Qarabağ (Ağdam)

9

34500

3833

Rəvan (Bakı)

8

25450

3181

Neftçi (Bakı)

7

19900

2843

Bakı

9

21200

2356

Xəzər Lənkəran

10

18500

1850

Qəbələ

9

16000

1778

Sumqayıt

8

13650

1706

Kəpəz (Gəncə)

10

16740

1674

Turan (Tovuz)

8

12930

1616

AZAL (Bakı)

10

16000

1600

İnter (Bakı)

8

9400

1175

Simurq (Zaqatala)

9

10200

1133


Topaz Premyer Liqasının 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da "Böyük oyun"dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız "AZAL Arena" ümumi azarkeş sayı "Böyük oyun"dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.

Lənkəran

7

42700

6100

Gəncə

8

30500

3813

Sumqayıt

10

33700

3370

Tovuz

9

28400

3156

Zaqatala

8

18900

2363

8-ci km stadionu

5

7700

1540

Bakıxanov

5

7550

1510

AZAL Arena

8

10900

1363

Qəbələ

8

10380

1298

"Bakı"nın bazası

8

7880

985

Şəfa

8

5350

669

Bayıl Arena

9

5560

618

Böyük Əmili

1

500

500

Dalğa Arena

4

1950

488

Respublika

7

2500

357

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com