Buffon Pirlonu Messidən güclü sayır

Buffon Pirlonu Messidən güclü sayır

İtaliya futbolunun parlaq siması olan Canluici Buffon, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Yuventus"un və futbol üzrə İtaliya millisinin bir nömrəli qolkiperi "Sport Mediaset"ə verdiyi müsahibədə, komanda yoldaşı olan Andrea Pirlonun Leonel Messindən daha səviyyəli futbolçu olduğunu elan edib. C.Buffon belə düşünür ki, A.Pirlodan fərqli olaraq L.Messinin daha çox mükafat alması, onun hücumçu olması ilə əlaqəli məsələdir: "Messi möhtəşəm oyunçudur. Daha uzun illər onun kimi bir futbolçu gələcəyini düşünmürəm. Məncə, Pirlo da Messi səviyyəsində bir futbolçudur. Ancaq hücumçular hər zaman diqqət mərkəzində olurlar. Buna görə də, çox zaman mükafatlar elə hücumçulara verilir".

Bütün xəbərlər Facebook səhifəmizdə