Cüneyt Biçər: "Klubun daxilini əllərinin içi kimi bilirlər" MÜSAHİBƏ
Siasport.az saytı "Xəzər Lənkəran" futbol klubunun sabiq baş məşqçisi, hazırda Türkiyə çempionatının 2-ci liqa təmsilçilərindən olan "Nazlı Belediyespor" komandasının sükanı arxasına keçmiş, türkiyəli mütəxəssis Cüneyt Biçərin müsahibəsini nəzərinizə çatdırır:
- Yeni komandanızda işlər necə gedir?
Öncəliklə "Xan Lənkəran" Futbol Azarkeşləri Klubuna və digər lənkəranlı qardaşlarıma məni hələ də unutmadıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Komandamız keçən il çempion olmuş komandadır. Bu il mənim rəhbərliyim ilə 8 oyunda 4 qalibiyyət, 2 məğlubiyyət və 2 bərəbərlik almışıq. Hal hazırda çempionatda 24 xal ilə 8 ci yerdəyik, buna baxmayaraq liderdən cəmi 6 xal geridəyik.
- Lənkəranda bəzi yerli saytlar və jurnalistlər komandanızın həvəskar komanda olduğunu və işlərinizin heç də yaxşı getmədiyini yazır. Bu doğrudurmu?
Xəbərim var (gülümsəyərək). Mənim səviyyəmi müzakirə edən jurnalist öncə öz pulu ilə neçə dəfə 5 ulduzlu oteldə qaldığını xatırlasın, sonra futboldan yazsin! "Xəzər Lənkəran" yaranmamışdan öncə Lənkərandan uzağa gedə bilməyən bəzi jurnalistlər Mais Mənsimovun hesabına Türkiyənin 5 ulduzlu otellərində istirahət etdikləri günləri və mənim arxamca qaçıb müsahibə üçün yalvardıqlarını unudub deyəsən. Onların məni tərifləmələri üçün maddi və mənəvi səbəbləri olmadığından bu yazdıqlarını nomal qarşılayıram. Onsuz da mənim tərifə ehtiyyacım yoxdur. Azərbaycanda sizin kültürünüz ilə ilgili çox şeylər öyrəndim. Ən xoşuma glən məsəllərdən biri var ki, "zərin qədrin zərgər bilər". Komandamız isə həvəskar yox profesional komandadır. Hər oyununa 15 000 azarkeş toplayan komanda həvəskar ola bilərmi? Hətta həvəskar olsaydı belə Azərbaycan premyerliqasında bir çox klubdan üstün oyun nümayiş etdirməyə qadirdir. Azərbaycanda bir, Türkiyədə isə dörd superliga var. Biz burda günlük hədəflərə çalışmırıq, 2-3 illik plan üzərində çalışıb, gənc bir heyyət ilə gələcəyin komandasını yaradırıq. Bu il hədəfimiz yalnız play-off mərhələsidir, sonrası Allah kərimdir.
- Adətən "Xəzər Lənkəran"da çalışmış məşqçilər işdən azad olunduqdan sonra klubda baş alıb gedən problemlərdən danışırlar. Siz isə hələ də susqunluğunuzu qoruyursunuz. Bəs "Xəzər Lənkəran"da problemlər nədən ibarətdir və ya kimdir bu problemlərin səbəbkarı?
Mən yenə də susqunluğumu qoruyacağam. Kimsənin haqqında danışmaq istəmirəm. Onsuz da azarkeşlər hər nəyi yaxşı bilir. Sosial şəbəkələrdə azarkeşlərin rəylərini oxuyuram. Əhsən onlara! Onlar klubun daxilini əllərinin içi kimi bilirlər. Bir çoxları isə bütün günahları Tuyğun Nadirovda görür, amma bu belə deyil. Həmin azarkeşlərə üzümü tutub demək istəyirəm ki, hədəfi yanlış seçiblər.
"Xan Lənkəran" futbol azarkeşləri klubu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB