25.01.2012 - "Simurq"un rəsmi saytı yeni ünvanda (www.simurqpfk.az) və yeni dizaynda istifadəyə verildi.
16.02.2012 - "Simurq" yeni ildə evində ilk məğlubiyyətini aldı. Komanda "Qəbələ" ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq ilk 6-ğa düşmək şansını itirdi.
05.03.2012 - Ardıcıl 6 məğlubiyyətdən sonra baş məşqçi Sergey Yuran istefaya göndərildi və onun yerinə gürcü mütəxəssis Georgi Çixradze gətirildi.
11.03.2012 - Vidas Alundderis XXIII turda "Kəpəz"lə qarşılaşmada "Simurq"un 2012-c ildə ilk qolunu vurdu və komanda ilk xalını qazandı.
25.03.2012 - "Simurq" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edərək Georgi Çıxradzenin rəhbərliyi altında ilk qələbəsin qazandı.
12.05.2012 - 2011-2012-ci il mövsümünün son oyununda "Kəpəz"i məğlub edən "Simurq" Unibank Premyer Liqasını 9-cu pillədə başa vurdu. Bu qarşılaşmada İqor Tarasovs Zaqatala təmsilçisinin çempionatdakı 170-ci qoluna imza atdı.
01.08.2012 – Nenad Stoyanoviç "Simurq"da oynamış 50-ci legioner futbolçu kimi klubun tarixə düşdü.
04.08.2012 – "Simurq" 2012/13 mövsümünə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə ilə başladı.
18.08.2012 – "Simurq" ilk dəfə olaraq "Turan"ı 3:0 hesabı ilə məğlub etdi.
20.09.2012 – "Simurq" tarixində ilk dəfə olaraq "Xəzər Lənkəran"ı səfərdə məğlub etdi və turnir cədvəlində lider oldu.
04.10.2012 – "Simurq" "Sumqayıt"la görüşdə də qalib gələrək yeni rekordunu müəyyənləşdirdi və 8 tur ardıcıl məğlub olmadı. Buna qədər isə 2011/2012 mövsümün son 6 oyununda da Zaqatala təmsilçisi məğlub olmamışdı. Nəticədə sarı-qaralar 14 tur məğlubiyyətin nə olduğunu bilmədi.
26.10.2012 – "Simurq" - AZAL oynunda Murad Səttarlı qarşılaşmanın əlavə olunmuş 4-cü dəqiqəsinin bitməsinə 15 saniyə qalmış möhtəşəm qola imza ataraq futbolun bir daha son saniyəyə qədər mübarizə aparılmalı idman növü olduğunu sübut etdi.
24.11.2012 – "Simurq" tarixində ilk dəfə "İnter"i məğlub etdi.
10.12.2012 – "Xəzər Lənkəran"la qarşılaşmada Georgi Çixradze "Simurq"un baş məşqçisi kimi Premyer Liqada 25-ci matçına çıxdı.
20.12.2012 - İlin son oynunda "Simurq" "Rəvan"a 1:0 hesabı ilə doğma arenada qalib gəldi və fasiləyə ikinci yerdə yollandı. Ancaq bu matçın nəticəsi rəqibin legioner limitini pozduğuna görə ləğv edildi. Zdravko Popoviç komandanın Premyer Liqada 191-ci qoluna imza atdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB