2013-cü il yanvarın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində başlayacaq futbol üzrə Birlik kuboku turnirinin təqvimi açıqlanıb. Siasport.az saytının məlumatına görə, gənclərdən ibarət yığmaların qatılacağı turnirində Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan iştirak etməyəcəklər. Əvəzində Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya yarışda oynamağa razılıq veriblər. Turnir yanvarın 27-dək davam edəcək.
Qeyd edək ki, sonuncu dəfə turnirin qalibi 2011-ci ilin yanvarında Bakının "İnter" komandası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB