Azərbaycan çempionatında ikinci turunun oyunları keçirilib

Azərbaycan çempionatında ikinci turunun oyunları keçirilib

Heydər Əliyev adına İdman-Konsert Kompleksində kişilər arasında basketbol üzrə XX Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda beş komanda - "Qala", "NTL-Maxxis", AzTOP, BDU və "Gəncə" birincilik uğrunda mübarizə aparır. İkinci turda "NTL-Maxxis" komandası AzTOP kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun "NTL-Maxxis"in 84:74 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşması isə "Qala" və "Gəncə" komandaları arasında baş tutub. Bu görüşdən "Qala" komandası 90:40 hesablı üstünlüklə ayrılıb. Sonra AzTOP komandası BDU kollektivi ilə qarşılaşıb və rəqibinə 105:70 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə