"Real" azarkeşləri artıq Joze Mourinyonu dəstəkləmirlər

"Real" azarkeşləri artıq Joze Mourinyonu dəstəkləmirlər

İspaniyanın "Real" futbol klubunun azarkeşləri artıq baş məşqçi Joze Mourinyoya inanmırlar. Siasport.az saytı xəbər verir ki, Madrid klubunun azarkeşləri onlara çempionluq sözü verən portuqaliyalı mütəxəssisin tükəndiyini düşünürlər. "AS" qəzetinin "Real" azarkeşləri arasında keçiridyi sorğuda məlum olub ki, kral klbunun fanatları J.Mourinyonu əvvəllər olduğu kimi artıq dəstəkləmək fikrində deyillər. Rəyi soruşulan azarkeşlərin ən azı 65 faizi J.Maurinyo ilə yolların ayrılmasını və yeni enerjili mütəxəssisin "Real"ın sükanı arxasına keçməsini arzu edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə