Məşhur azərbaycanlı boksçu öldürüldü FOTO

Məşhur azərbaycanlı boksçu öldürüldü FOTO

Vladivostokda Primorsk Boks Federasiyasının vitse-prezidenti Müzəffər Süleyman oğlu Rzayev qətlə yetirilib. Siasport.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, qatillər M.Rzayevin evini soymaqla yanaşı avtomobilini də qaçırıblar. Şahidlərin sözlərinə görə, 44 yaşlı Müzəffər Rzayevi Karl Marks küçəsindəki evində bir neçə çəkic zərbəsi ilə öldürüblər.

M.Rzayevin maşını isə Çerniqovsk rayonunda avtomobil yolunda tapılıb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Hazırda qatillərin kimliyinin müəyyənləşməsi istiqamətində iş aparılır. İşin aparılması üçün bir neçə məhkəmə ekspertizaları təyin edilib.

Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə