Fatih Terim "hə" desə, "Çelsi"nin ulduz futbolçusu "Qalatasaray"a gəlir

Fatih Terim "hə" desə, "Çelsi"nin ulduz futbolçusu "Qalatasaray"a gəlir

İstanbulun "Qalatasaray" futbol klubu daha bir ulduz futbolçunu transfer hədəfinə alıb. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhənginin bu dəfəki hədəfi, London "Çelsi"sində o qədər də yaxşı günlər yaşamayan Eşli Kodur. "Milliyet" qəzeti yazır ki, yeni baş məşqçi Rafael Benitez tərəfindən ilk 11-likdən kənarda qalan ulduz futbolçu, karyerasını "Qalatasaray"da davam etdirə bilər. Amma sözsüz ki, onun "Qalatasaray"a transfer məsələsi baş məşqçi Fatih Terimin rəyindən asılıdır. Belə ki, "imperator" klub prezidenti ilə bazar günü transfer siyahısı ilə bağlı görüş keçirəcək və həmin toplantıda ulduz futbolçunun "Qalatasaray"a transfer olunub-olunmayacağı müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə