"Bakı" futbol klubu xalqımızı təbrik edir

"Bakı" futbol klubu xalqımızı təbrik edir

"Bakı" futbol klubu xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir! Klub 2013-cü ildə Azərbaycan xalqına bolluq, əminamanlıq, saədət arzulayır.

Yola saldığımız il "Bakı" futbol klubu üçün nələrlə əlamətdar oldu? Siasport.az saytı klubun 2012-ci ildə baş verən əhəmiyyətli hadisələrlə bağlı açıqladığı materialı təqdim edir:

- 2012-ci ildə "Bakı"nın müxtəlif yaş qruplarının təmsil edən 4, o cümlədən gənclərdən ibarət əvəedici komandası Azərbaycan çempionu titulunu qazanıb;

- 2012-ci ildə komandamız ölkə kuboku uğrunda yarışlarda bütün rəqiblərinə qalib gələrək, Azərbaycan kubokunu 3-cü dəfə muzeyinə gətirib.

Bu il klubumuzun təlim-məşq bazası ikinci inkişaf planının 2-ci mərhələsinə yekun vuruldu. Bunun nəticəsində 3 min azarkeş tutumlu stadion, 4 təbii futbol meydanı istifadəyə verildi. Klubumuz bu dəfə də yeni texnologiyalar və innovasiyalar tətbiq edərək irəli daha bir inamlı addım atdı. Klubumuzun təbii meydanları mütəxəssislər tərəfindən əla dəyərləndirildi. Bazamızı ziyarət edən Potruqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyo

"Bu həyatımda gördüyüm ən gözəl bazalardan biridir", - deyərək Bakının işinə ali qiymət verdi.

2012-ci ildə Ölkəmizdə futbol üzrə dünya çempionatı keçirildi. FİFA U-17 qadınlarası dünya çempionatı yüksək notlarla başa çatdı. Hazırlıq prosesini klubumuzun bazasında keçən Fransa milli komandası dünya çempionu titulunu qazandı. Ümumiyyətlə, Bakı futbol klubu əvəzolunmaz infrastrukturu ilə bu tədbirin yüksək səviyyədə reallaşmasında önəmli rol oynadı. Təxminən, 2 ay ərzində klubumuzun bazasında 4 qitəni təmsil edən 16 milli komanda hazırlıq keçdi.

Fransa, Qana, ABŞ, Almaniya, Şimali Koreya, İsveç, Braziliya, Kanada, Çin, Yaponiya, Meksika, Yeni Zellandiya, Nigeriya, Uruqvay, Kolumbiya, Qambiya kimi ölkələrin milli komandalarının nümayəndələri "Bakı" futbol klubunun təlim-məşq bazasında yaradılan ideal şərait və personalın diqqtə və qayğısını dəfələrlə qeyd etmiş, bütün bunlara görə klubumuzun rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Dünya çempionatının iştirakçıları onların sevimli məkanına çevrilən bazada 35 gün ərzində hərəsi iki saat olmaqla cəmi 68 məşq keçirmişlər.

Bütün qonaqlarımız bazanı "Çox sagol "Bakı",- deyərək, tərk etdilər. Bu alqışları isə "Bakı" futbol klubunun rəhbərliyinə, üzvlərinə, personalına ünvanlayırıq. Çox sağol, "Bakı".

Land of fire Azerbaijan! Bu ifadə artıq hər birimizə doğmalaşıb. İlimizin sonlarında Odlar Yurdu Azərbaycan Avropada ən layiqli şəkildə təmsil olundu. Ölkəmizin adı televiziya yaımı milyarlarla ölçülən auditoriyalarda Atletiko Madrid-lə birgə çəkildi. Atletiko Madrid və Bakı futbol klubları ümüxalq layihəsinə start verdilər.

Bu layihə sayəsində yüzlərlə azərbaycanlı uşaq və yeniyetmə futbolçu 3 il ərzində İspaniyada təlim alacaq. Bu nəhəng layihə çərçivəsində ixtisasartırma kursları və mütəxəssis mübadiləsi də nəzərdə tutulur. Land of fire Azerbaijan klubumuzun markasına çevrildi. Qarşıda gərgin əmək tələb edən və məsuliyyətlərlə dolu illər var. Klubun idarəçi və məşqçi heyətinə yaradılan yüksək şəraitdən və açılan imkanlardan səmərəli istifadə etmək və rəqabətədavamlı milli komandalarımızın özəyini yetişdirmək qalır. Mart ayında Bakı futbolçularının ilk qrupu İspaniyaya yollanacaq. Uşaqlar orada məşq etməklə bərabər, təhsil də alacaq, sosial aksiyalarda iştirak edəcək, İspaniyanın müxtəlif liqalarında oynayacaqlar.

2012-ci ildə Bakının bazasında istənilən dünya dilini və ləhcəsini eşitmək adi qaydaya çevrilmişdi. Həqiqətən də, Bakı beynəlxalq xarakter daşıyan bir quruma çevrilib. Beynəlxalq əlaqələr sahəsində Avropaya və dünyaya açılan Bakı daha bir böyük kllubla əməkdaşlığın əsasını qoydu. Sohbət Fransanın lans klubu və Bakının bazasını ziyarət edən fransalı dostlarımız, əfsanəvi futbolçular Jan Pyer Papen və Olivyer Dakurdan gedir. Yeni ildən etibarən fransalı seleksionerlər azərbaycanda seçdikləri futbolçuları Lans futbol akademiyasına ezam edəcək, onların orada təlim almalarını təmin edəcəklər. Bir sözlə, bu il gənc futbolçular üçün misli görünməiş imkanlar açıır.

Haqqında danışdığımız layihələr "Bakı" futbol klubu tərəfindən maliyyələşdiriilir.

Bundan yaralanan isə bütün Azərbaycan futbolu olacaq.

Əminik ki, qarşıdan gələn illərdə klubumuzun uğurları daha samballı olacaq.

"Bakı" futbol klubu komandanın üçüncü dəfə kubok titulu qazanmasında payı olan insanlara, qurumlara, sponsorlara təşəkkür edir, onlara futbol fanatları adından "sag olun" deyir, daha yüksək zirvələri birgə fəth etməkdən zövq almağı arzulayır.

"Bakı" futbol klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi və kollektivini Yeni il münasibəti ilə təbrik edir, Azərbaycan futbolunun inkişafı naminə fəaliyyətində uğurlar arzulayır.

"Bakı" futbol klubu Azərbaycan Pemyer Liqası, Birinci liqa klubları, həvəskar komandalar və onların rəhbərliyini, futbol oynayan və futbolu sevən insanları Yeni il münasibəti ilə təbrik edir, 2013-cü ildə daha çox idman sevinci, yeni-yeni qələbələr arzulayır.

"Bakı" futbol klubu futbolumuzun inkişafında əhəmiyyətli rol oynayan media nümayəndələrini Yeni ildə yaradıcılıq uğurları arzulamaqla bərabər daha geniş və səmərəli birgə fəaliyyətə dəvət edir. Qələmləriniz iti olsun!

"Bakı" futbol klubu komandamızın yaxşı və çətin günlərində, yağışda, qarda, soyuq küləkdə və gızmar günəşdə bizimlə birgə olan, yorulmadan dəstək verən azarkeşlərimizi, fan klubumuzun üzvlərini təbrik edir, "Bakı"nın 3-cü çempionluğunda həmişə olduğu kimi "Bakı çempion!" şüarını fəxrlə səsləndirməyə çağırır.

İlin son günündə "Bakı" futbol klubunun kollektivini, klubumuzun bütün üzvlərini təbrik edirik, bütövlükdə Azərbaycan futboluna daha böyük uğurlar gətirəcək yeni 2013-cü ildə arzu və istəklərinizin həyata keçməsini diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə