Murmansk vilayətinin Kandalakşa şəhərinin İdman sarayında "Qar qız" mükafatı uğrunda bədii gimnastika üzrə ənənəvi Yeni İl turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə Sankt-Peterburq, Kondoloqa, Murmansk, Kirovsk, Hacıyevo, Monçeqorsk və Kandalakşa şəhərlərindən 78 idmançı iştirak edib.
Murmanskdakı Uşaq və yeniyetmələr üçün idman məktəbinin məşqçisi İrina Alekseyanın gənc yetirmələri gözəl nəticələr nümayiş etdiriblər. Onun turnirdə qalib gəlmiş yetirmələri arasında həmvətənimiz Samirə Mikayılova da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB